Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyan bildirib.
Xatırladaq ki, Osipyan Paşinyanın iştirakı ilə baş vermiş insidentdən sonra həbs edilib və hazırda Paşinyanın ondan açıq şəkildə üzr istəməsini tələb edərək aclıq aksiyası keçirir.
Manasyanın sözlərinə görə, Ombudsman Aparatı artıq internetdə yayılan məlumatları araşdırıb.
O qüyd eduib ki, bundan başqa, işgəncələrin qarşısının alınması üzrə milli mexanizm çərçivəsində bu həftə “Nubaraşen” cəzaçəkmə müəssisəsinə səfər təşkil olunub.
Osipyanın Paşinyandan üzr tələb etməsi fonunda vasitəçi qismində çıxış edib-etməyəcəyi barədə suala cavab verən Manasyan bildirib ki, onun səlahiyyətləri belə funksiyanı nəzərdə tutmur.
O qeyd edib ki, Ombudsmanın missiyası prosesi izləmək və mümkün hüquq pozuntularını qeydə almaqdır.
“Həbs qətimkan tədbirinin geniş şəkildə tətbiqi problemli məsələ olaraq qalır”, - deyə Manasyan bildirib.
Hakimiyyətə yaxın şəxslərin və baş nazir tərəfdarlarının ritorikasını izləyib-izləmədiyi barədə suala cavabında Ombudsman qeyd edib ki, müxtəlif siyasi qüvvələr tərəfindən yolverilməz bəyanatlar səsləndirilib. Bununla yanaşı, o, cəmiyyətdə seçici ədalət mühakiməsi ilə bağlı təsəvvürün formalaşdığını bildirib.
Manasyanın sözlərinə görə, belə təsəvvür mövcuddursa, ya problem həqiqətən var, ya da vəziyyət ictimaiyyətə düzgün təqdim edilmir. O, həmçinin 2024-cü il iyunun 12-də parlament binası yaxınlığında baş vermiş hadisələrin araşdırılmasına da toxunub.
Həmin vaxt Ermənistan hakimiyyəti tərəfindən xüsusi vasitələrin tətbiqi nəticəsində dinc nümayişçilər və jurnalistlər zərər çəkmişdilər.
Erməni Ombudsman bildirib ki, həmin hadisələrin istintaq prosesində müəyyən problemlər mövcuddur.
Alpər Mövludoğlu
Ordu.az