“Guardian”: “SpaceX”in IPO-sundan sonra Mask ilk trilyoner ola bilər

2026/06/1780570203.jpg
Oxunub: 233     14:49     04 İyun 2026    
“SpaceX” şirkətinin IPO-sundan (səhmlərin fond bazarında ilkin kütləvi yerləşdirilməsi) sonra sərvəti “Forbes” jurnalının reytinqinə əsasən 826 milyard dollar olan İlon Mask dünyanın ilk trilyonerinə çevrilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, gələn həftə keçirilməsi planlaşdırılan IPO uğurla baş tutarsa, dünyanın ən varlı şəxsi hesab edilən Mask “tarixə ilk trilyoner kimi düşə bilər”.

Məlumata görə, Maskın payının 542 milyard dollar təşkil etdiyi “SpaceX” şirkəti ən azı 1,8 trilyon dollar dəyərində qiymətləndirilmə gözləyir. Şirkət hər biri 135 dollar olmaqla 555,6 milyon səhm satmağı planlaşdırır.

Həmçinin elektromobil istehsalçısı “Tesla” şirkətinə rəhbərlik edən iş adamı öz qiymətli kağızlarını satmır. Nəticədə “SpaceX” səhmlərinin yerləşdirilməsi çərçivəsində şirkətin səsvermə hüququ verən səhmlərinin 82,4%-i onun nəzarətində qalacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Mask  


Bizi "telegram"da izləyin