Erməni deputat: “Hakimiyyət vətəndaşları orduya çağırışla hədələyir”

2026/06/1780560201.jpg
Oxunub: 165     12:12     04 İyun 2026    
“Hakimiyyət vətəndaşları orduya çağırışla hədələyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan “Facebook” səhifəsində yazıb.

Manukyan qeyd edib ki, müxtəlif hakimiyyət təmsilçiləri, deputatlar, təbliğatçılar və vəzifəli şəxslər Rusiyadan Ermənistana gələn vətəndaşların 25 günlük təlim toplanışlarına göndərilə biləcəyini bəyan edirlər.

Onun sözlərinə görə, bu açıqlamalar yalnız seçkilərdə iştirak etmək üçün deyil, istirahət, ailə tədbirləri və ya digər səbəblərlə Ermənistana gəlmək istəyən soydaşları qorxutmağa yönəlib.

“Hakimiyyət bu mesajlarla xaricdə yaşayan ermənilərə ölkəyə gəlməməyi təlqin edir. Hakimiyyət bu addımlarla həm orduya, həm hərbi xidmətə, həm də Silahlı Qüvvələrə hörmətsizlik nümayiş etdirir və bütün məsələləri siyasi və seçki maraqlarına tabe etdirir”, - deyə Manukyan bildirib.

O vurğulayıb ki, 25 günlük təlim toplanışlarından siyasi alət kimi istifadə olunması ilk dəfə baş vermir.

Erməni deputatın sözlərinə görə, “Müqavimət Hərəkatı” dövründə də meydanlarda iştirak edən gənclərin təlim toplanışlarına göndəriləcəyi barədə açıqlamalar verilmişdi.

Manukyan qeyd edib ki, həmin dövrdə onlarla gənc faktiki olaraq 25 günlük təlim toplanışlarına çağırılmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin