Cəfər Hüseynzadə NATO-nun Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzində olub

2026/06/1780571558.jpg
Oxunub: 230     14:42     04 İyun 2026    
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzini ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

C.Hüseynzadə ziyarət çərçivəsində həmçinin Mərkəzin direktoru Gytis Kazokas ilə görüşüb.

Görüş zamanı Azərbaycanın NATO-dakı nümayəndəsinə Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Azərbaycan  


Bizi "telegram"da izləyin