Paşinyan Lyayenlə telefon danışığı aparıb

2026/06/1780574064.jpg
Oxunub: 180     15:46     04 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumaat görə, tərəflər Ermənistanın qarşısında duran iqtisadi çağırışlara cavab tədbirlərini və ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər.

“Ursula fon der Lyayen Avropa İttifaqının Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə və inkişaf proqramlarına dəstək vermək öhdəliyini bir daha təsdiqləyib.

O bildirib ki, Avropa İttifaqı Ermənistana 50 milyon avrodan çox təcili maliyyə yardımı, eləcə də erməni məhsullarının ixrac imkanlarının genişləndirilməsi və ticarətin asanlaşdırılması üçün əlavə tədbirləri əhatə edən dəstək paketi hazırlayır.

Tərəflər kənd təsərrüfatı və gülçülük də daxil olmaqla müxtəlif sahələrə göstəriləcək praktiki dəstək proqramlarını da müzakirə ediblər. Bu kontekstdə erməni məhsulları üçün Avropa bazarlarında yeni imkanların yaradılmasının vacibliyi vurğulanıb.

Həmsöhbətlər biznes əlaqələrinin dərinləşdirilməsinin, İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı sammitində əldə olunan razılaşmaların ardıcıl icrasının və Ermənistan-Avropa İttifaqı strateji gündəliyinin irəli aparılmasının əhəmiyyətini qeyd ediblər”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Avropa İttifaqının “Dayanıqlılıq və İnkişaf” proqramı çərçivəsində göstərdiyi dəstək artıq Ermənistanda minlərlə müəssisənin inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verib.

“Danışıqlarda Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Gündəliyi çərçivəsində həyata keçirilən təşəbbüslərə də toxunulub. Ursula fon der Lyayen Avropa İttifaqının infrastruktur layihələrinin və regional kommunikasiyaların inkişafına dəstək verməyə hazır olduğunu da vurğulayıb.

Tərəflər mövcud proqramların icrasını əlaqələndirmək və əməkdaşlığın yeni istiqamətlərini müzakirə etmək məqsədilə Ermənistan-Avropa İttifaqı birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Lyayen  


Bizi "telegram"da izləyin