ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında 271,5 milyon dollarlıq müqavilələr imzalanıb

2026/05/1779194088.jpg
Oxunub: 227     16:05     04 İyun 2026    
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında radar və ictimai təhlükəsizlik rabitə sistemlərinin tədarükünə dair ümumi dəyəri 271 milyon 454 min 294 dollar olan müqavilələr imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə ASELSAN sosial media hesabında məlumat yayıb.

Şirkətin açıqlamasında bildirilib ki, müqavilələr radar sistemləri və ictimai təhlükəsizlik rabitə sistemlərinin tədarükünü əhatə edir.

“ASELSAN ilə Müdafiə Sənayesi Başqanlığı arasında ümumi məbləği 271 milyon 454 min 294 dollar olan müqavilələr imzalanıb. Müqavilələr çərçivəsində təhvil prosesi 2026-2033-cü illər ərzində həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə   MSK  


Bizi "telegram"da izləyin