Ordu.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats “The Times of Israel” nəşrinə açıqlamasında bildirib.
“Bu razılaşma Livanda bu günədək formalaşdırdığımız reallığı əks etdirir. Bu reallıq Livan dövləti ilə sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər”, - deyə o qeyd edib.
Kats atəşkəsi “ən böyük nailiyyət” adlandıraraq vurğulayıb ki, bu razılaşma Livanla sərhədyanı ərazilərdə yaşayan İsrail vətəndaşlarının təhlükəsizliyinə təminat verir.
Bundan əvvəl Vaşinqtonun vasitəçiliyi ilə İsrail və Livan “Hizbullah”ın atəşi tam dayandırması şərti ilə atəşkəs barədə razılığa gəliblər.
Tərəflər həmçinin xüsusi sınaq zonalarının yaradılması barədə qərar qəbul ediblər. Həmin ərazilərə nəzarət tam şəkildə Livan dövlət ordusuna veriləcək.
“Hizbullah” isə danışıqlarda iştirak etmədiyindən rəsmi olaraq heç bir öhdəlik götürməyib.
Qeyd edək ki, bu, Livanda hərbi əməliyyatların dayandırılması istiqamətində ilk cəhd deyil. Belə ki, İsrail və Livan hələ aprel ayında da atəşkəs barədə razılığa gəlmişdilər.
Lakin son günlər atəşkəs pozuntularının artması səbəbindən ABŞ iki ölkə arasında danışıqları fəallaşdırıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Livana endirilən İsrail zərbələri ilə əlaqədar İsrailin Baş naziri Benyamin Netanyahu ilə sərt tonda danışıb.
Sevinc Əliyeva
Ordu.az