Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinin müxbiri məlumat yayıb.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2026-cı il iyunun 3-dən 6-dək keçirilir. “RIA Novosti” forumun əsas informasiya tərəfdaşı qismində çıxış edir.
Məlumatda qeyd olunur ki, 2025-ci ilin yazında Ermənistanda ölkənin Avropa İttifaqına üzv olmaq niyyətini əks etdirən qanun qəbul edilib. Bununla belə, Avropa İttifaqı Ermənistana üzvlüklə bağlı rəsmi təklif irəli sürməyib.
Ermənistanın baş naziri daha əvvəl bəyan etmişdi ki, İrəvan ölkənin eyni vaxtda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi Birliyinə üzv olmasının mümkün olmadığını anlayır.
Onun sözlərinə görə, buna baxmayaraq, Ermənistan mümkün olduğu müddətdə öz gündəliyini hər iki təşkilatla uzlaşdırmağa çalışacaq.
Alpər Mövludoğlu
Ordu.az