Overçuk: “Ermənistan qısa müddətdə referendum keçirməlidir”

2026/06/1780559684.jpg
Oxunub: 174     11:52     04 İyun 2026    
“Ermənistan üçün Avrasiya İqtisadi Birliyində qalmaq və ya Avropa İttifaqına qoşulmaq məsələsini referendum yolu ilə müəyyənləşdirmək daha məqsədəuyğun ola bilər”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “RİA Novosti” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan qısa müddət ərzində referendum keçirərək Avrasiya İqtisadi Birliyində qalmaq və ya Avropa İttifaqına inteqrasiya etmək istədiyini müəyyənləşdirməlidir.

Overçuk hesab edir ki, bu məsələ ilə bağlı aydın qərarın verilməsi ölkə üçün daha faydalı olar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin