Ordu.az xəbər verir ki, bu barədə Litvanın Milli Radiosu və Televiziyası (LRT) partiyadakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Budrisin xarici siyasətlə bağlı mövqeyi “partiyanın və hökumətin müəyyən etdiyi kursla tam uyğun gəlmir”.
Nazir xüsusilə Kalininqradla bağlı sərt bəyanatlarına, eləcə də Belarus və Çinlə münasibətlərə dair yanaşmasına görə tənqid olunur.
Məlumata görə, şənbə günü keçiriləcək toplantıda daha genişmiqyaslı dəyişikliklər də müzakirə oluna bilər. Bunlara hakim koalisiyanın tərkibinin yenidən nəzərdən keçirilməsi və baş nazir İnqa Ruqinenenin də daxil olduğu bir sıra hökumət üzvlərinin dəyişdirilməsi daxildir.
Sosial Demokrat Partiyasının sədr müavini İndre Kijene LRT-yə açıqlamasında təsdiqləyib ki, qarşıdakı iclasın əsas mövzularından biri məhz hakim koalisiyanın vəziyyəti olacaq.
“Söhbət hökumətin tərkibindən də gedə bilər. Xarici işlər naziri ilə bağlı bildiyimə görə, partiya sədri ilə nazir arasında görüş keçirilib. Nəticənin necə olacağını şənbə günü görəcəyik”, - deyə siyasətçi bildirib.
Xatırladaq ki, Budris daha əvvəl “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində NATO-nun Rusiyaya öz imkanlarını nümayiş etdirməli olduğunu və “rusların Kalininqradda qurduğu kiçik qalaya daxil olmalı olduğunu” söyləmişdi.
O həmçinin alyansın eksklavda yerləşən Rusiya hərbi bazalarını məhv etmək üçün bütün zəruri vasitələrə malik olduğunu bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az