Türkiyə yeni İMECE peykləri ilə dünyanın hər yerindən müşahidələr apara biləcək

2024/06/2024--1719651374.jpg
Oxunub: 277     15:55     29 İyun 2024    
“Türkiyənin müşahidə və rabitə sahəsində peykləri mövcuddur”.

Ordu.az xəbər verir ki, bunu TÜBİTAK sədri Hasan Mandal deyib.

O, son müşahidə peyki İMECE-ni ötən il kosmosa göndərdiklərini bildirib.

Mandal İMECE-nin üzərinə düşən vəzifəni uğurla yerinə yetirdiyini qeyd edib.

“Amma istədiyimiz vaxt fotoşəkil çəkə bilmirik. Yeni təsdiqlənmiş İMECE-2 və İMECE-3 peyklərindən biri 2027-ci ildə, digəri isə 2028-ci ildə fəaliyyət göstərəcək. Bunlarla Türkiyə müşahidə peyklərindən ibarət bir bürc yaratmış olacaq, beləliklə biz istədiyimiz zaman və yerdə fotoşəkil çəkə, müşahidə apara biləcəyik ki, bu da vacibdir”, - deyə Mandal vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İMECE  


Bizi "telegram"da izləyin