Ermənistan hökuməti 236 milyon avro kredit götürüb, dövlət borcu artmaqda davam edir

2024/07/1719816106.jpg
Oxunub: 353     19:41     01 İyul 2024    
Ermənistan hökuməti daha bir kredit sazişi imzalayıb. Bu dəfə alınan kredit 236 milyon avrodur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan hökuməti Qarakilsə-Qacaran yolunun cənub hissəsinin tikintisini maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 236 milyon avro kredit alacaq.

“Kreditin qaytarılma müddəti 20 ildir və bunun güzəşt dövrü 5 ildir. Hökumətin təqdim etdiyi əsaslandırmaya əsasən, Ermənistan daxilindəki ərazilər arasında nəqliyyat əlaqəsini artırmaq, nisbi nəqliyyat təcridindən çıxmaq və ölkənin tranzit potensialını reallaşdırmaq üçün Şimal-Cənub avtomobil dəhlizinin inşası üzrə genişmiqyaslı milli layihənin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, cənub hissənin inşası layihəsinin qiymətləndirilmiş dəyəri 452 milyon avrodur. Maliyyələşdirmənin digər hissəsini - 137 milyon avronu Avropa İnvestisiya Bankından (AİB) kredit götürmək planlaşdırılır. Ermənistan hökumətinin birgə maliyyələşdirmə hissəsi 79 milyon avro təşkil edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hökumət  


Bizi "telegram"da izləyin