Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistan hökuməti Qarakilsə-Qacaran yolunun cənub hissəsinin tikintisini maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 236 milyon avro kredit alacaq.
“Kreditin qaytarılma müddəti 20 ildir və bunun güzəşt dövrü 5 ildir. Hökumətin təqdim etdiyi əsaslandırmaya əsasən, Ermənistan daxilindəki ərazilər arasında nəqliyyat əlaqəsini artırmaq, nisbi nəqliyyat təcridindən çıxmaq və ölkənin tranzit potensialını reallaşdırmaq üçün Şimal-Cənub avtomobil dəhlizinin inşası üzrə genişmiqyaslı milli layihənin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, cənub hissənin inşası layihəsinin qiymətləndirilmiş dəyəri 452 milyon avrodur. Maliyyələşdirmənin digər hissəsini - 137 milyon avronu Avropa İnvestisiya Bankından (AİB) kredit götürmək planlaşdırılır. Ermənistan hökumətinin birgə maliyyələşdirmə hissəsi 79 milyon avro təşkil edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az