“ABŞ tərəfinin öz himayəsi altında yeni regional status-kvonu tətbiq etmək səyləri göz qabağındadır” - Kayhan Barzegar

2024/06/1719649860.jpg
Oxunub: 354     16:47     29 İyun 2024    
“ABŞ tərəfinin öz himayəsi altında yeni regional status-kvonu tətbiq etmək səyləri göz qabağındadır”.

Ordu.az xəbər verir ki, bunu iranlı analitik Kayhan Barzegar deyib.

Onun sözlərinə görə, bu səylər qismən uğurludur, çünki tərəflərin danışıqları, xüsusən də vasitəçilər olmadan danışıqlar kifayət qədər mürəkkəb və çətin keçir.

“Tərəflərin nöqteyi-nəzərindən yüksək səviyyəli vasitəçilik bəzi razılaşmaların əldə olunması baxımından faydalıdır, lakin ABŞ tərəfi ilk növbədə ABŞ-nin maraqlarını güdür, Rusiya və İranı hədəfə alır, bütün razılaşmaların əsasında Rusiyanın təsirinin zəiflədilməsi məqsədini görür”, - deyə Barzegar qeyd edib.

Analitik ABŞ-nin səylərinin davamının nə olacağını söyləməkdə çətinlik çəkib.

“Vasitəçi istəməyən Bakı bu vasitəçiliyi qəbul etsə, o zaman çox şey proqnozlaşdırıla bilər, hesab edirəm ki, Ceyms O-Braynın səfəri bu baxımdan bir göstərici olacaq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   ABŞ  


Bizi "telegram"da izləyin