Aşotyan Ermənistanın Aİ-yə üzlüyü haqqında: “Andromeda bürcünə qoşulmaq üçün referendum keçirmək daha məqsədəuyğun olardı”

2024/05/1715934707.jpg
Oxunub: 253     15:57     29 İyun 2024    
“AŞPA dünya sinizm çempionatında beynəlxalq təşkilatlar arasında liderlər qrupuna daxil olub”.

Ordu.az xəbər verir ki, bunu növbəti məhkəmə iclasının sonunda jurnalistlərin suallarını cavablandıran Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Onun sözlərinə görə, bu, bir vaxtlar dəyərlər platforması idi, indi siyasi maraqlar platformasıdır.

“Bir vaxtlar Ermənistan hakimiyyəti orada Azərbaycana qarşı mübarizə aparırdı, bu gün hakimiyyət öz xalqına qalib gəlməyə çalışır”, - deyə Aşotyan qeyd edib.

Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müzakirələrə gəlincə, Aşotyan belə cavab verib: “Andromeda bürcünə qoşulmaq üçün referendum keçirmək daha məqsədəuyğun olardı, çünki bu, daha realdır. Aİ-nin elit bağında geosiyasi dilənçilərə yer yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan    


Bizi "telegram"da izləyin