“Forces Operations Blog”: Fransa Ermənistana “Caesar” ehtiyat hissələri və 155 mm çaplı sursat verəcək

2024/06/2024--1719649211.jpg
Oxunub: 279     14:09     29 İyun 2024    
Ermənistan “Caesar” artilleriya sistemlərinin 10-cu müştərisi olub.

Ordu.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan müvafiq qərarı “Eurosatory” müdafiə sərgisinə səfəri zamanı açıqlayıb.

Ermənistan 36 özüyeriyən artilleriya sistemi alacaq ki, bu da iki artilleriya taborunu təchiz etmək üçün kifayətdir.

Bundan başqa, KNDS şirkəti də Ermənistan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıb.

“Forces Operations Blog”un məlumatına görə, müqaviləyə ehtiyat hissələri ilə yanaşı, 155 mm-lik sursat partiyasının tədarükü də daxildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan   Caesar  


Bizi "telegram"da izləyin