Ordu.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi Arizonadakı “Luke” aviabazasında yerləşdirilən TR-2 konfiqurasiyalı 6 Danimarka F-35 təyyarəsinin Danimarka Kral Hərbi Hava Qüvvələrinin (HHQ) “Skrydstrup” aviabazasına göndəriləcəyini açıqlayıb.
Danimarka F-16 reaktiv təyyarə parkını mərhələli şəkildə inventardan çıxarmağa hazırlaşarkən, bu təyyarələr ölkənin əməliyyat təyinatlı F-35-lərini 10 ədədə çatdırmaq üçün artıq ölkədə olan 4 ədəd F-35-ə qoşulacaq.
ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin may ayında verdiyi məlumata görə, “Lockheed Martin” tam tədarükü 2025-ci ilə qədər davam edəcək “Technology Refresh 3” (TR-3) yeniləməsi ilə əlaqədar aparat və proqram təminatı gecikmələri səbəbindən təhvil verilməmiş F-35 təyyarələrini saxlamaq üçün yer tapa bilmir.
Bu, Danimarka, Belçika və Norveç kimi 40 ildən artıqdır ki, F16-ları uçuran və parklarında yüzlərlə deyil, onlarla təyyarəsi olan ölkələrin parkının yenilənməsi planlarını pozur.
Alpər Mövludoğlu
Ordu.az