Rusiya “MAKS Moskova Air Show”nu yenidən təxirə salmaq qərarına gəlib

2024/06/2024--1719642479.jpg
Oxunub: 211     12:32     29 İyun 2024    
Rusiya hakimiyyəti “MAKS Moskova Air Show”nu ardıcıl ikinci dəfə ləğv edib və tədbiri 2025-ci ilə köçürüb.

Ordu.az xəbər verir ki, MAKS 2024-cü ilin iyul ayının sonunda keçirilməli idi.

Ancaq təşkilatçı “Aviasalon” Rusiya hökumətinin qəbul etdiyi qərara uyğun olaraq şounun bu il keçirilməyəcəyini rəsmən açıqlayıb.

Bildirilir ki, təxirə salınma iştirakçıları və tamaşaçıları narahat edə biləcək hərbi bölgələrlə bağlı əlavə təhlükəsizlik tədbirlərinə əməl olunması zərurəti ilə əlaqəlidir.

MAKS hər iki ildən bir “Ramenskoye” aviabazasında keçirilir.

Lakin Ukraynada münaqişə başlayandan bəri ilk dəfə keçirilməli olan 2023-cü il tədbirinin bu il keçirilməsi ləğv edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MAKS-Moskova-Air-Show  


Bizi "telegram"da izləyin