Ukraynaya məxsus PUA Kruska hücum edib, 5 nəfər ölüb

2024/06/2024--1719646478.jpg
Oxunub: 166     10:09     29 İyun 2024    
Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatının Kursk vilayətindəki yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb.

Ordu.az-ın məlumatına görə, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb:

“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Böyük kədər hissi ilə deyirəm ki, nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb və orada onlara tibbi yardım göstərilib. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” – qubernator belə yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA   Krusk  


Bizi "telegram"da izləyin