"Ukrayna" sözünə uyğun 1141 nəticə tapıldı!

Kreml: Rusiyanın nəhəng hərbi xərclərə ehtiyacı olacaq

2018/11/06662-1541227560.jpg
Oxunub: 215     10:56     03 Noyabr 2018    
“Əgər Gürcüstan NATO-ya qəbul edilsə, Rusiyanın böyük hərbi xərclərə ehtiyacı olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin Avropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Şimali Atlantika Alyansının üzvü olma qərarı Moskva tərəfindən bir problem kimi görülür və onun həll edilməsi üçün Rusiya müdafiə sahəsinə əlavə yatırımlar etməli olacaq.

“Biz Soçi yaxınlığında müdafiə zonası formalaşdırmalı olacağıq. Bu qaçınılmazdır və böyük maliyyə qaynaqları tələb edir. O, potensial rəqibdən gələ biləcək hansısa potensial aktın qarşısını almaq üçün zəruridir”,- deyə Kelin söyləyib.

Politoloq əlavə edərək bildirib ki, Rusiya eyni problemlə Ukraynanın NATO-ya qoşulacağı təqdirdə də qarşılaşacaq. Çünki, Ukrayna ilə sərhəd demək olar ki, heç təchiz edilməyib.

Ağalar Ağalarlı
Ordu.az


Teqlər: Rusiya   Hərbi-xərclər