Ermənistan Müdafiə nazirinin yeni ov vasitələri - “İrbis”/“Tinger” (HƏRBİ EKSPERT)

2020/02/B81I9-3162835086.jpg
Oxunub: 3770     15:20     11 Fevral 2020    
Fevralın 5-də Ermənistanın Müdafiə naziri David Tonoyana 2-ci korpusunun hərbi hissələrindən birini ziyarət edərkən sərt hava şəraitində hərəkət etmək qabiliyyətinə malik olduğu iddia edilən “İrbis” və “Tinger” tırtıllı qar bataqlıq vasitələri təqdim edildi. Ermənistan quru qoşunlarının 2-ci korpusunun tərkibinə 1 ədəd motoatıcı alay, 1 ədəd artilleriya divizionu, 1 ədəd tank və 1 ədəd kəşfiyyat taborunun daxil olduğunu bildiyimiz üçün, bu vasitələrin də məhz kəşfiyyat taborunun silahlanmasına verildiyini ehtimal etmək olar.

“İrbis”

“İrbis” qar-bataqlıq nəqliyyat vasitəsinin fərqli cəhətləri qismən geniş monolik kuzova, ön çəkimli təkər formulasına, oturacaqların sayının artmasına və rahat bir salona malik olmasından ibarətdir.

Sürücü oturacağının erqonomikası və cihaz paneli Rusiyanın “Qazel” markasına nisbətən yaxşılaşdırılıb. Lakin maşının asqı hissəsinin hiqravlik amortizatorlara malik olmaması osuz da narahat hərəkət imkanlarına malik “Qazel” versiyasının daha da komfortsuz hala düşdüyünü ehtimal etməyə əsas verir.

Bu vasitələr “İrbis” və sərnişin-yük maşını kimi iki versiyada istehsal edilir. Hər iki versiyada model nömrəsi olaraq 34039 kodundan istifadə edilir.

“İrbis” maşınlarının Taktiki-Texniki Xüsusiyyətləri

Maşının yüklə kütləsi 5000 kq;
Daşıma qabiliyyəti 2000 kq;
Mühərrikin gücü 122 at gücü;
Oturacaqların sayı (sürücü ilə birlikdə) 12 ədəd.

Sərnişin yük maşınlarının Taktiki-Texniki Xüsusiyyətləri

Maşının yüklə kütləsi 5000 kq;
Daşıma qabiliyyəti 2000 kq;
Mühərrikin gücü 122 at gücü;
Oturacaqların sayı (sürücü ilə birlikdə) 3 ədəd.

Dizayn xüsusiyyətləri

Rezin-metal şarnirlərə malik tırtıları olan vasitənin keçicilik qabiliyyəti zəif deyil, onlar standart versiyada dartıcı qurğu və qoşqu qarmaqlarla təchiz edilir. Müstəqil torsion asqı Rusiyanın tırtıllı vasitələr üçün təklif edə biləcəyi yeganə hərəkətli hissə konstruksiyasıdır. Qar bataqlıq nəqliyyat vasitəsinin ölçüləri “Qazel” maşınlarının ölçüləri ilə eyni olduğu üçün xüsusi icazə olmadan avtomobil yolu ilə daşınmasına və ya hərəkətinə icazə verilir.

Mühərriki salonda yerləşən “unikal” qar bataqlıq maşının XXI əsrdə kondisioner ilə təchiz edilməməsi heyrətamizdir. Bu vasitələrin əsasən kobud və bataqlıq ərazilərdə istifadə üçün nəzərdə tutulduğunu nəzərə alsaq, tırtıl lentasının dayaq təkərləri üzərində balansir, amortizator və digər hidravlik elementlər mövcud olmalı idi. Lakin belə bir elementlərin “İrbis” maşınlarının heç bir versiyasında müşahidə edilməməsi, onun axımlı hərəkətə malik olmadığını göstərir. Konstruksiya baxımından kifayət qədər sadə quruluşa malik olan maşının hansısa ciddi keçicilik imkanları nümayiş etdirə biləcəyi real görünmür.

Mühərrik

Bu maşınların 122 at gücünə malik D245.7E2 turbodizel mühərriki də kifayət qədər sadə quruluşa malikdir. Belarusda istehsal edilən bu mühərriklər əsasən yerli traktorlara quraşdırılır, həmçinin Rusiyanın “Qazel” markalı yük və sərnişin maşınları üçün idxal edilir. Ən ucuz dizel mühərriki kimi tanınan mühərriklərin turbo versiyasında cəmi 122 at gücünə malik olması, “İrbis” və ya onun yük-sərnişin versiyasının həm manevr, həm də qar-bataqlıq şəraitində hərəkətini sual altında qoyur. Standart maşınqayırmada 122 at gücü 1200 boş, 1600 kq tam yüklü “B” sinifinə aid ön çəkimli standart minik avtomobillərində tətbiq edilir. Eyni mühərrik gücünün 5000 kq kütləni sərbəst daşıması heç bir halda sağlam məntiqə sığmır.

Daxili tərtibat

Ətrafın normal görünməsi yalnız ön tərəfdən mümkündür. Sürücünün iş yeri Rusiya standartlarına görə rahat hesab edilir. İdarəetmə alətləri və cihazlar paneli “Qazel” avtomobilləri ilə eynidir. Salonda sənədlər üçün bölmə, əlcək qutusu və maşını işə salmazdan əvvəl qızdırıcının idarəetmə bloku, temperaturunun idarəetmə qurğusu, hava axınının deflektorları və s. yerləşdirilib.

“Tinger”

Təyinatı

Son təhvil verilən iki fərqli modelə malik vasitələrdən biri Rusiyanın Çerepovets şəhərindəki “Tinger” zavodunda istehsal edilib. “Tinger” - universal hərəkət vasitəsidir. İstehsalçının iddialarına etibar etməli olsaq, “Tinger” yolsuzluq şəraitində maneələri aşmağa yönələn bir sıra vəzifələrin öhdəsindən gələ bilir. Bu tırtıllı vasitənin 5 nəqliyyat vasitəsini əvəz etdiyi bildirilir.

Türtıllı “Tinger” ərazi vasitəsi çox yer tutmur, istifadəsi asandır və asanlıqla əlavə avadanlıq quraşdırıla və ya modifikasiya edilə bilər. İstehsalçı “Tinger”in həm daşıyıcı traktor, həm qar, həm bataqlıq maşını, həm kvadrosikl, həm də üzən vasitə kimi istifadə edilməsinin təmin edildiyini bildirir. Burada yalnız traktor kimi istifadə müəyyən suallar doğurur. Əslində istehsalçı burada traktor dedikdə, “Tinger”in kiçik bağ sahələrində istifadəsini, məhdud məkanda qar təmizlənməsini, kiçik həcmli inşaatda tikinti materiallarının daşınmasını, turizmdə gəzinti, balıq və ya heyvan ovunda istifadəsini nəzərdə tutur.

Opsional seçim

Qar bataqlıq vasitəsinin rəngini, örtüyünü, örtük altı çərçivəni, alt zirehini, elektrikli dartıcı qurğusunu, buz qarmağını, qartəmizləyənini, yan güzgülərini, şüşətəmizləyənini, park örtüyünü, projektor işıqlarını, LED işıqlandırmasını, elektron çihaz panelini, kabin qızdırıcısını, ön oturacaqlarını, arxa oturacaqlarını, təhlükəsizlik kəmərlərini, 12V rozetkalarını, daxili işıqlandırmasını, ehtiyat tırrtılını və bir çox digər avadanlıqlarını maşına opsional seçim olaraq müştərinin əlavə ödənişi qarşılığında quraşdırırlar. Bu qədər geniş çeşidli baza avadanlıqların opsional olaraq quraşdırılmasına nadir hallarda rast gəlinə bilər. Məsələn, qızdırıcının qar maşınına əlavə ödənişlə qoşulması həqiqətən də “heyrətləndirici”dir. Belə bir maşını Tonoyandan başqa kimin ala biləcəyi də maraqlıdır.

Taktiki-Texniki Xüsusiyyətləri

“Tinger” qar bataqlıq vasitələri TRACK S380, TRACK C500 sə TRACK S500 versiyalarında istehsal edilsə də, baza versiyasının son iki versiyadan əsas fərqi tırtıl və korpusun eninin sonuncularda müvafiq olaraq 12 və 20 sm böyük olmasındadır.

Tırtılın eni 380/500 mm;
Maşının eni 1800/2000 mm;
Uzunluğu 3000 mm;
Hündürlüyü 1260 mm;
Klirens 280mm;
Tent ilə hündürlüyü 1940 mm;
Kütləsi 900 kq;
Daşıdığı yük kütləsi 500 kq;
Dartma qüvvəsi 800 kq;
Sərnişin sayı quruda/suda 5/4 nəfər;
Yanacaq çəni 38 l;
Çalışma müddəti 8 saat;
Yanacaq növü Aİ-95.

Tonoyanın hobbiləri

Qar bataqlıq vasitələrinin Ermənistan tərəfindən, xüsusilə işğalçı ölkənin müdafiə naziri David Tonoyan tərəfindən əldə edilməsi faktlarına da əvvəllər də rast gəlinib. 2017-ci ilin oktyabr ayında Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzi əldə etdiyi 8 ədəd ATV 800 “Guepard” qar bataqlıq vasitəsini Ermənistan Fövqəladə Hallar Nazirliyinə təqdim etmişdi. Həmin dövrdə FHN rəhbəri vəzifəsində olan Tonoyan bu tip vasitələrin əldə edilməsi ilə bağlı bəyanatlar səsləndirərək, ictimaiyyəti bu xilasetmə maşınları və avadanlıqlarının köməyi ilə istənilən relyef şəraitində - bataqlıqlarda, qarlı və çətin keçilən yerlərdə - qısa müddətdə xilasetmə əməliyyatlarının uğurla yerinə yetiriləcəyinə inandırmağa çalışırdı. İndi isə David Tonoyan Ermənistanın Müdafiə naziridir, lakin yenə də qar bataqlıq vasitələri əsas diqqət mərkəzindədir.

Ehtiyatda olan polkovnik Tonoyanın həm əvvəlki Fövqəladə Hallar Naziri, həm də indiki Müdafiə naziri vəzifəsində olmasından asılı olmayaraq, davamlı olaraq qar bataqlıq maşınlarının müxtəlif versiyalara ciddi maraq göstərməsinin əsas səbəbi düşündüyümüzdən fərqlidir. Tonoyanın ictimaiyyətən ustalıqla gizlədə bildiyi hobbilərindən biri də peşəkar ovçu və balıqçı olmasından ibarətdir. Həqiqətən istedadlı ovçu olan Tonoyan ciddi bir siyasi və dövlət xadimi mövqeyinə sahib olduqdan sonra hobbiləri ilə daha əyləncəli şəkildə məşğul olmaq imkanı əldə edib. Geniş səlahiyyətlərlə bərabər peşəkar ovçu vərdişlərinə malik olan Tonoyanı daha nələr maraqlandıra bilərdi? Əlbəttə ki, buna ilk növbədə insan ayağı dəyməyən yerlərdə, həm də istənilən fəsildə komfortlu və daha geniş istirahət diapazonuna malik əyləncəli zaman keçirməklə ov ovlamaq, quş quşlamaq, balıq tutmaq və ekstremal turizmlə məşğul olmaq daxildir. Bunları həyata keçirmək üçün maneələri, çayları, dərələri və dağları aşmaq üçün tırtıllı, lakin kompakt avadanlıqlar da vacibdir. Bu baxımdan Tonoyanın “Tinger” vasitəsini seçməsi təsadüfi deyil, bu həm də uğurlu seçim hesab edilə bilər. Çünki “Tinger” həm balıq ovu, həm heyvan ovu, həm də ekstremal turizm üçün tam yararlıdır. Artıq onun ov planlarını qalın qar, buz, bataqlıq, qalın ot örtüklü yarğanlar dəyişə bilməyəcək. O, yeni alınan “Tinger” vasitəsinin köməyi ilə artıq istənilən iqlim şərtlərində ov ovlamaqdan, balıq tutmaqdan dərin zövq ala biləcək.

Xatırlayırsınızsa, keçən il dekabrın 22-də David Tonoyan 2019-cu ilin yekunlarına həsr edilən toplantıda Ermənistan ordusunun iki əsas nailiyyətindən bəhs etdi. Birincisi belə səslənirdi: “Keçən il olduqca uğurlu oldu. Xüsusilə, qida sahəsində islahatlar apardıq. Hərbi qulluqçular indi yüksək keyfiyyətli, qidalı və müxtəlif yeməklərlə təmin olunur. Hərbçilərimiz buna layiqdir”.

Erməni əsgərlərin qida rasionunun Davidin ovladığı vəhşi heyvan ətlərinin və ya Göyçə gülündən tutduğu balıqların hesabına baş verdiyini düşünmürəm.

Maraqlısı odur ki, bir aya yaxın bir müddətdə heç kim nazirdən indiyə qədər qidalanmanın keyfiyyətsiz olmasında kimin məsuliyyət daşıdığını və ya əvvəl xidmət edənlərin niyə yaxşı qidalanmağa layiq olmadıqlarını soruşmur.

İkinci bəyanat isə bizim üçün müəmmalı olduğu qədər, həmçinin maraqlı idi: “Ermənistan silahlı qüvvələri və Ermənistan ordusu ən yeni hərbi texnika, yeni silah növləri alıb”.

İlk günlərdə erməni nazirin bu bəyanatının sətiraltı mənası tam aydın deyildi. Hamı kimi biz də hansı hərbi texnikaların və yeni silah növlərinin alındığını araşdırmağa çalışırdıq. Adətən Ermənistanın yeni rəhbərliyi hansısa hərbi avadanlığı almadan bir neçə ay əvvəl selfi və ya canlı yayımla bunun anonsunu verir. Lakin bu bəyanatdan cəmi 2 həftə sonra alnında “Günnüt ləkəsi” daşıyan erməni nazir David Tonoyanın “İrbis” və “Tinger” qar bataqlıq vasitələrinin fonunda “poza” verməsi həm erməni ictimaiyyətinin, həm də bu sahə ilə maraqlanan digərlərinin yeni hərbi texnika və yeni silah növləri ilə bağlı bir çox suallarına tam aydınlıq gətirdi.

Təyinatdankənar istifadə

İlk görünüşdən təəccüblü heç nə yoxdur. Sadə və internet üzərindən açıq satışda olan bir vasitənin dövlət qurumu tərəfindən alınması, daha doğrusu hansısa mərkəzin və ya təşkilatın hesabına alınması, indiyə qədər öz hesabına ciddi bir avadanlıq almayan Ermənistan üçün normal bir prosesdir. Həm yeni alınan “İrbis” və “Tinger”, həm də əvvəlki 8 ədəd ATV 800 “Guepard” qar bataqlıq vasitələrinin qarlı ərazilərdə xilasetmə fəaliyyətləri üçün əldə edildiyi iddia olunsa da, fevralın 7-də Sünik vilayətində yerləşən hərbi hissədə baş verən hadisə bunun əksini göstərdi. Nəticədə işğalçı ordunun bu hərbi hissəsində xidmət edən 4 nəfər hərbi qulluqçusu qar uçqununun altında qaldı, onlardan 3 nəfəri öldü, 1 nəfəri isə yüngül xəsarətlə hərbi hospitala yerləşdirildi.

Maraqlısı odur ki, David Tonoyanın həm Fövqalədə Hallar, həm də Müdafiə naziri olduğu dövrdə bu qar bataqlıq vasitələrinin alınmasına baxmayaraq, onların xilasetmə əməliyyatlarında istifadəsi qeydə alınmadı. Ermənistanda isə yenə də heç kim, xüsusilə həlak olan əsgərlərin valideynləri Tonoyandan nə iki il əvvəl aldığı ATV 800 “Guepard”, nə də uçqundan iki gün əvvəl fonunda “poza” verdiyi “İrbis” və “Tinger” qar bataqlıq vasitələrinin harada olduğunu soruşmadılar. Belə bir vəziyyətdə sual yaranır: Tonoyanın hara təyin edilməsindən asılı olmayaraq, ilk növbədə əldə etdiyi qar bataqlıq vasitələri, tabeliyində olan əsgərlərin xilasetmə əməliyyatlarında istifadə edilməyəcəksə, o zaman onlar hansı məqsədlə əldə edilib?

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Tonoyan   Qar-vasitələri  

Ermənistan Müdafiə nazirinin yeni ov vasitələri - “İrbis”/“Tinger” (HƏRBİ EKSPERT)

2020/02/B81I9-3162835086.jpg
Oxunub: 3771     15:20     11 Fevral 2020    