Ordu.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, Moskva ermənilərin özləri üçün ən yaxşı hesab etdikləri qərarı verməsinin tərəfdarıdır.
Overçukun sözlərinə görə, əgər Ermənistan Avropa İttifaqında daha rahat və daha yaxşı şərait əldə edəcəyini düşünürsə, həmin istiqamətdə hərəkət edə bilər.
Bununla yanaşı, rusiyalı rəsmisi vurğulayıb ki, belə seçim Rusiyanın hesabına baş verməməlidir.
Alpər Mövludoğlu
Ordu.az