"Luxiter" nişangahları ballistik qorunmanın tələb olunan səviyyədə saxlanılması üçün qoruyucu gözlük altından taxıla və ya dəbilqənin dizaynına daxil edilə bilər. Onlar mövcud gecə görmə cihazlarının uyğun olmadığı məhdud ərazilərdə, çox qısa məsafələrdə döyüş aparmaq üçün nəzərdə tutulur.
Silahlarda və ya toplardan açılan atəşlərin işıqlanması (flaş) nişangahın fəaliyyətinə maneə törətmir, erqonomik dizaynı və aşağı çəkisi isə hətta uzunmüddətli əməliyyatlar zamanı ondan problemsiz istifadə etməyə imkan verir.
Bu qurğu aktiv və passiv əməliyyatlar üçün tənzimlənən infraqırmızı işıqlandırmaya malikdir, həmçinin ondan gündüz şəraitində əsas obyekti onların çoxluğu səbəbindən fərqləndirmək çətin olduğu vəziyyətdə belə hədəfləri aşkar etmək üçün də istifadə etmək mümkündür.
"Digital ağ-qara ekran hədəfləri tanımağa və daha sürətli qərarlar qəbul etməyə imkan verir, qaranlıqdan işığa və əksinə ani keçidlər isə qurğu tərəfindən kompensasiya edilir və heç bir istifadəçiyə təsir etmir", - deyə Qronauer qeyd edir.
795x596 matrisa qətnaməsi ilə "Luxiter" ekranı istifadəçiyə 19, 46 və 56 dərəcəlik görünüş sahələri təqdim edir: 50 qr ağırlığında olan kabelsiz, əlavə doldurulan batareyasız (dəbilqə və ya gödəkçəyə bərkidilə bilər) qurğunun çəkisi 290 qr ağırlığındadır.
Qronauerə görə, yalnız 100 metrlik maksimum görüntü məsafəsinə malik olan cihaz bir enerji yükləməsi ilə fasiləsiz 10 saata qədər işləyə bilər.
Bu rəqəmsal gecə görmə cihazı tam formatlı videoları birbaşa gecə görmə eynəlkərinə (və ya proqramlaşdırılan radiostansiyalara) ötürən "Luxiter-EC-2H" xarici rəqəmsal gecə görmə kamerası ilə də təchiz edilə bilər.
"Luxiter-EC-2H" kameraları sensorlara heç bir zərər vermədən gündüzlər də istifadə edilə bilər, atəş və partlayış işıqlanması (flaş) nişangahın fəaliyyətinə maneə törətmir və onu "kor" etmir
Müasir əməliyyat şəraiti mükəmməl əsgər üçün kifayət qədər mürəkkəbdir. Yaxın gələcəkdə bərabər səviyyəli rəqiblər ilə toqquşma ehtimalı olduğunu nəzərə alsaq, o zaman müasir əsgəri döyüşdə rabitə imkanlarının optimallaşdırılmasına yönələn perspektiv qərarlarla təmin etmək, həmçinin yüksək imkanlı düşmən qarşısında onun fiziki və elektromaqnit görüntü əlamətlərini minimuma endirmək vacibdir.
Bu texnologiyaların uğurla yayılması və inteqrasiyası zamanı süni intellektdən tam istifadə etməyin üstünlüklərini əldə edəcək müasir əsgərlərin idrak qabiliyyətini də diqqətlə nəzərə almaq lazımdır.
Əsgərlərin insan-maşın interfeysləri, portativ yüksək performanslı C4ISTAR dəstləri ilə tam təchiz olunacağı və eyni şəbəkəyə inteqrasiya olunacağı gün uzaqda deyil. Eyni zamanda, idrak yükü problemi birləşmələrin heyətinin imkanlarını optimallaşdırmaq istəyən komandirlər üçün daim əhəmiyyət kəsb edəcək.
2018-ci ilin martında keçirilən məşqdə yüngül yolsuzluq vasitəsi. ABŞ-ın dəniz piyadaları korpusu çətin şəhər döyüşləri şəraitində yaşamaq, ölümcüllük və kommunikasiyanın etibarlılığını yaxşılaşdırmaq üçün yeni texnologiyaların tədqiqini davam etdirir
ABŞ-ın dəniz piyadaları korpusunun inkişaf yolları
Amerika Birləşmiş Ştatlarının dəniz piyadaları korpusu dünyanın ən texnoloji inkişaf etmiş ekspedisiya qüvvələrindən biri hesab olunur.
Onlar hibrid hərbi əməliyyatlarda qarşılaşılan mürəkkəb əməliyyat şəraitində uğur qazanmaq üçün alternativ yanaşmaların hazırlanmasında fəal iştirak edir. Bunlara döyüş üsullarının, taktiki döyüş metodlarının, fəndlərin, silahların inkişafı, həmçinin proqram və texniki vasitələrin təminatı, avadanlıqların inkişafı, təlim və döyüş hazırlığının effektiv təmin edilməsi prinsipləri daxildir.
DPK-nın nümayəndəsi bildirir ki, hazırda müxtəlif ölkələrin silahlı qüvvələri C2D2E (Communications Degraded/Communications Denied Environment - Rabitə üçün ən çətin/uyğun olmayan) mühitdə fəaliyyət göstərməlidir. Vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmək istəyən hər bir əsgər, yalnız etibarlı rəqəmsal rabitə vasitələrinə güvənməlidir.
Bununla yanaşı, Birləşmiş Ştatların 1-ci dəniz piyada diviziyasından Maykl Makferron müasir bir əsgərin təchiz edilməsi üçün daha optimal bir variantın hələ tapılmalı olduğunu bildirir.
Makferron getdikcə daha da mürəkkəbləşən əməliyyat vəziyyətində döyüş potensialının qorunması üçün bir çox "təcili" tələbləri səsləndirib. Eyni zamanda DPK özünün ekspedisiya imkanlarını daha da genişləndirməyə istiqamətlənən strategiyanın tətbiqini reallaşdırır.
Buraya 2020-ci ildən 2035-ci ilə qədər olan dövrdə texnologiyanın inkişafı, döyüşdə istifadə, döyüş əməliyyatlarının üsulları, taktikası və metodikası üçün müəyyən edilən bir sıra əsas istiqamətlərin nəzərdən keçirilməsi daxildir.
Makferronun sözlərinə görə, bütün bu tələblər "2035-ci ildən sonrakı dövrdə müasir texnologiyanın" inkişafına yönəldilib. Silahların, avadanlıqların və texnikaların yenilənməsi DPK-ya hərbi toqquşmalarda, təhlükəsizlik sahəsində əməkdaşlıqda, çəkindirmədə, böhranlara reaksiyada, xüsusi şəraitdə məhdud əməliyyatlarda və geniş miqyaslı hərbi fəaliyyətlərdə hərbi manevr imkanlarını saxlamağa imkan verəcək.
Dəniz piyadaları korpusunda informasiya məkanının artan əhəmiyyətini nəzərə alırlar, eləcə də taktiki səviyyədə C4ISTAR texnologiyasının tələbatını ödəmək üçün manqanın tərkibinə əlavə şəxsi heyətin (adətən 10-15 nəfərə qədər) inteqrasiyası da planlaşdırılır. Makferron dəniz piyada korpusunun ən aşağı taktiki səviyyələrində belə PUA və mobil robotları tətbiq etməyə çalışıdıqlarını bildirib.
Vəziyyətə nəzarət funksiyaları xüsusi maraq doğurur, piyada və xüsusi təyinatlı bölmələrin döyüş məkanı haqda ətraflı əməliyyat məlumatları ilə təmin edilməsi ümumi əməliyyat şəraitinin yaradılmasına və məlumatların aidiyyəti üzrə paylanmasına imkan verir. Bu imkanların istifadəsini inkişaf etdirmək üçün DPK ən aşağı taktiki səviyyədə belə smartfon və ya planşet daxil olmaqla, son istifadəçi cihazlarının tətbiqini nəzərdə tutur. Bu isə isə hər bir piyadanı əməliyyat idarəetmə vasitələri ilə təmin etməyə və "manqa səviyyəsində məlumat mübadiləsi"ni asanlaşdırmağa imkan verəcək.
Belə informasiya-idarəetmə sistemləri dost, düşmən və neytral qüvvələri izləmək üçün texnologiyanı, habelə hədəf rayonlarına daxil olmaq və çıxmaq üçün marşrutları dəqiq göstərməlidir. Bundan əlavə, sistem bütün döyüş məkanında bölmələri kəşfiyyat məlumatlarının mübadilə vasitələri ilə təmin edəcək.
ABŞ Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının gələcək əməliyyatlara yanaşması
ABŞ Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı (USSOCOM) hərbçilərə müasir əməliyyat məkanı ilə bağlı təhdidləri aradan qaldırılmasında kömək edəcək texnologiyaların yeni nəslini müəyyən etmək məqsədi ilə texniki təcrübələr həyata keçirir.
2017-ci ilin noyabrında haqqında ilk rəsmi məlumat ortaya çıxan "Thunderstorm" adlı texnoloji nümayiş proqramı çərçivəsində, ikinci texniki təcrübənin keçirilməsinə hazırlıq görülür. Bu ilin mart ayında keçirilən ilk texniki təcrübədə ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Qüvvələri Komandanlığının və Corciya Texnologiya İnstitutunun əməkdaşları da iştirak etdi.
Kiçik bölmələrin mürəkkəb döyüş şəraitində fəaliyyətinin dəstəklənməsinə yönələn ilk təcrübədə müxtəlif səviyyəli texnologiyaların hazırlığı yoxlanıldı.
"Thunderstorm" proqramının rəsmi sənədində bölmənin "düşmən ərazisində" necə yerləşdiriləcəyi təsvir edilir. "Qrup yüngül daşınanlarla təchiz olunmalı və maksimum hərkətli olmalıdır, bu isə döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi ehtimalını əhəmiyyətli dərəcədə artırır. Əməliyyat rayonu çox sayda fiziki və elektromaqnit məhdudiyyətlərə malik ola bilər. Qrup bütün iqlim şəraitlərində, istənilən ərazidə (səhra, dağ, meşə, yaşayış məntəqəsi, və s.), hər hansı bitki örtüyünə (səhra, düzənlik, kolluq, ağaclıq) sahib rayonda hərəkət etməyə hər zaman hazır olmalıdır".
USSOCOM nümayəndəsi bildirib ki, ilk texnoloji təcrübədə C2D2E (Communications Degraded/Communications Denied Environment - Rabitə üçün ən çətin/uyğun olmayan) əməliyyat sistemi üçün əlverişli hesab olunub: taktiki səviyyədə rabitənin yaxşılaşdırılması üçün naqilsiz qulaqlıqlar; batareyanın istifadə müddətini artıran texnologiyalar; vəziyyətə sahib olma səviyyəsini yüksəltmək üçün dəbilqə üstü ekranlar; divar arxasındakı "ölü zonanı" görüntüləyən də daxil olmaqla çoxsaylı sensorlar; müşahidəni çətinləşdirən (tüstü və s.) vasitələr; biometrik identifikasiya sistemləri və önləyici analiz vasitələri yoxlanılıb.
Araşdırılan taktiki rabitə sistemləri arasında daxilində ultra yüksək dalğa qəbuledici və ötürücüləri olan smartfonlardan tutmuş, radio maneə şəraitində rabitəni təmin edə bilən, LTE və Wi-Fi çıxışlarına malik taktiki nöqtələrə qədər cihazlar mövcud idi.
Komandanlıq həmçinin qərarların qəbul edilməsi prosesini dəstəkləmək üçün bir sıra tapşırıqları yerinə yetirmək üçün şəxsi heyət sayının azaldılması, müxtəlif ərazilərdə çoxsaylı qabiliyyət imkanlarının dəstəklənməsi və s. kimi müstəqil imkanları da öyrəndi. Ayrıca olaraq, bu təcrübə zamanı ən aşağı taktiki səviyyədə, sadə müşahidə və kəşfiyyat vəzifələrini yerinə yetirə biləcək, aşağı akustik siqnallara sahib olan müxtəlif aşağı görüntülü pilotsuz sistemlər də araşdırıldı.
Nəhayət, USSOCOM, DRK-nin istəklərinə uyğun olan şəxsi heyətin görüntülənməsini azaltmaq üçün nəzərdə tutulan təchizat vasitələrinin təhlilini də apardı. Buraya ilk növbədə radiolokasiya, elektron, istilik, infraqırmızı, vizual, elektro-optik, akustik aşkaretmə texnologiyalarına qarşı istifadə ediləcək tekstil materiallar daxildir.
Komandanlıq həmçinin kiçik silahlar üçün akustik siqnalları, lülə işıq saçmasını (flaş) və geri təpməni azaltmaqa imkan verən yeni səsboğucusunu da əldə etmək istəyir.
USSOCOM rəhbərliyinin nümayəndələrinin sözlərinə görə, ABŞ DPK-nın "Thunderstorm" proqramı çərçivəsində tələbatı "əsgər yükünün ölçüsünün, çəkisinin və enerji istehlakının azaldılması məqsədilə fərdi mobillik və əməliyyatların avtomatlaşdırılmasına" yönəldilməlidir.
İkinci texnoloji təcrübə bu ilin avqust ayının sonuna planlaşdırılırdı. Onun tərkibində yerin müəyyənləşdirilməsi, naviqasiya və fəaliyyətlərin əlaqələndirməsində GPS siqnallarının zəif və ya olmadığı şəraitdə texnologiyaların tətbiqinə nəzər yetiriləcək. Ətalətli ölçmə və ətalətli naviqasiya sistemlərinə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, real vaxtda tunelləri, binaları və küçələri çəkə bilən yerüstü mobil robotlar və daşınan sistemlər təhlil ediləcək.
Nəhayət, bu texniki sınaqlarda yerin üstündə olan bölmələr ilə yerin altında olan döyüş qrupları arasında əlaqə qurmağa imkan verən kombinə edilən rabitə sistemləri də sınaqdan keçiriləcək.
Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az