"Texnologiya" sözünə uyğun 1282 nəticə tapıldı!

Hidrogen bombası və atom bombası: Fərqlər nədir?

2018/03/32432432_1520870965.jpg
Oxunub: 4854     17:06     19 İyul 2019    
Hidrogen bombaları nə qədər güclüdür? Sadəcə bunu bilmək kifayyət edər: bu bombalar atom bombalarından işə salma üçün istifadə edir.

Şimali Koreyanın da hərdən sınaqdan keçirdiyi atom bombaları enerji saçmaq üçün nüvə parçalanmasından istifadə edir – sadəcə atomları bölür. Bu zaman bir atomdan bir neçə daha kiçik atomlar meydana gəlir. Birləşmiş Ştatların İkinci Dünya Müharibəsi zamanı Xirosima və Naqasakiyə atdığı bombalarda da bu texnologiyadan istifadə edilib. Onların gücü 15-20 kiloton TNT (enerji vahidi) bərabər partlayıcı gücə malik idi.

Hidrogen bombaları isə nüvə birləşməsindən istifadə edir. Bu zaman atomlar bir yerə toplaşır və daha böyük atom yaradaraq, daha güclü enerji yaya bilir. Bu iki mərhələli proses termonüvə reaksiyası adlanır. İlk dəfə hidrogen bombası 1952-ci ildə Birləşmiş Ştatlar tərəfindən sınaqdan keçirilib. Onun gücü 10 min kiloton TNT-yə bərabər idi.

Şimali Koreyanın rəsmi informasiya agentliyi sentyabrda hidrogen bombasının uğurlu sınağının keçirildiyini elan edib. Məlumatda bu bombanın qitələrarası ballistik rakertlərə əlavə edilə biləcəyi qeyd olunub.

Buna qədər isə 2016-cı ilin yanvarında KXDR ilk dəfə hidrogen bombasını sınaqdan keçirdiyini elan edib. Bu, onun nüvə proqramında böyük sıçrayış olmaqla yanaşı, daha kəskin beynəlxalq qınağı da bərabərində gətirdi. Əgər KXDR iddia etdiyi kimi həqiqətən də hidrogen bombasını sınaqdan keçiribsə, onda o seçilmişlər qrupuna daxil olub.

Qayğılı Alimlər Birliyinin məlumatına görə, Birləşmiş Ştatlar, Rusiya, Britaniya, Fransa və Çin hidrogen silahlarından ibarət nüvə arsenalına malikdir. İsrail, Hindistan və Pakistanın da nüvə silahlarına malik olduğuna dair geniş yayılmış fikirlər mövcuddur. Lakin onların nüvə parçalanmasından istifadə etdiyi ehtimal edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atom-bombası   Hidrogen-bombası