Ordu.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaani bildirib.
“İsrail rejimi 40 günlük müharibənin başlanmasından əvvəl yerləşdiyi mövqelərə geri çəkilməlidir. Müqavimət qüvvələrinin minimum tələbi budur”, - deyə Qaani vurğulayıb.
Məlumata görə, iyunun 1-də ABŞ İsrailin Baş naziri Benyamin Netanyahu və şiə “Hizbullah” hərəkatının rəhbərliyi ilə razılaşdırılmış atəşkəs barədə elan edib.
Təklif olunan mexanizmə əsasən, İsrail qoşunları Beyrutun cənub ətraflarına endirilən zərbələri dayandırmalı, “Hizbullah” isə İsrailə qarşı hücumlardan çəkinməlidir.
Növbəti mərhələdə atəşkəs rejiminin Livanın bütün ərazisinə şamil olunması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az