Ordu.az-ın "Moldpres"ə istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Kişineuda Moldova Prezidenti Maya Sandu ilə danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bəyan edib.
"Moldova Avropa İttifaqına üzvlüyə hazırlıq dərəcəsinə görə birinci yerdədir. Ümid edirik ki, Kiprin sədrliyi dövründə iyunun ortalarında danışıqların ilk fəslini aça biləcəyik. Bu həm də Avropa Komissiyasının mövqeyidir: Moldova və Ukrayna danışıqların bütün fəsillərini açmağa hazırdır. Ümid edirəm ki, bu, yay tətilindən əvvəl baş verəcək", - Kos qeyd edib.
Onun sözlərinə görə, Moldovanın islahatların həyata keçirilməsi sahəsində əldə etdiyi nəticələr investisiyalar üçün 600 milyon avrodan çox vəsait səfərbər etməyə imkan verib.
"Moldova islahatları 93 % səviyyəsində yerinə yetirib ki, bu da yüksək nəticədir və investisiyalar üçün 600 milyon avrodan çox vəsait səfərbər etməyə imkan verib. Belə sabitlik və əlverişli mühit Moldovanın biznes üçün cəlbediciliyini daha da artırır", - o qeyd edib.
Ordu.az