SEPAH İsraili qoşunlarını Livandan çıxarmağa çağırıb

2026/06/1780578818.jpg
Oxunub: 223     17:11     04 İyun 2026    
Livanda müqavimət qüvvələrinin İsraildən minimum tələbi İsrail ordusunun fevralın 27-də tutduğu mövqelərə geri çəkilməsidir.

Ordu.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaani bildirib.

“İsrail rejimi 40 günlük müharibənin başlanmasından əvvəl yerləşdiyi mövqelərə geri çəkilməlidir. Müqavimət qüvvələrinin minimum tələbi budur”, - deyə Qaani vurğulayıb.

Məlumata görə, iyunun 1-də ABŞ İsrailin Baş naziri Benyamin Netanyahu və şiə “Hizbullah” hərəkatının rəhbərliyi ilə razılaşdırılmış atəşkəs barədə elan edib.

Təklif olunan mexanizmə əsasən, İsrail qoşunları Beyrutun cənub ətraflarına endirilən zərbələri dayandırmalı, “Hizbullah” isə İsrailə qarşı hücumlardan çəkinməlidir.

Növbəti mərhələdə atəşkəs rejiminin Livanın bütün ərazisinə şamil olunması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İsrail  


Bizi "telegram"da izləyin