Kanada Avropa İttifaqının üzvü ola bilər

2026/03/1773647283.jpg
Oxunub: 191     15:49     04 İyun 2026    
Kanada Avropa İttifaqının (Aİ) yeni üzvünə çevrilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ-nin CNBC telekanalına müsahibəsində bildirib.

“Kanadanın ABŞ-nin 51-ci ştatı deyil, Avropa İttifaqının 28-ci üzv dövləti olması gözəl olmazdımı?” – deyə o sual edib.

Finlandiya liderinin fikrincə, Avropa İttifaqı daha geniş düşünməli və beynəlxalq arenada öz mövqeyini daha qabarıq şəkildə nümayiş etdirməlidir. Məhz buna görə də Aİ-nin üzvlərinin sayının 40-a çatdırılması məqsədilə yeni genişlənmə dalğaları barədə düşünmək lazımdır.

Aleksandr Stubb Aİ-yə potensial üzv namizədlər sırasında Kanadadan əlavə Türkiyə, Norveç, İslandiya, Qərbi Balkan ölkələrini, eləcə də Ukrayna, Moldova və Gürcüstanı qeyd edib.

Bundan əlavə, o, 2020-ci ildə birlikdən ayrılmış Birləşmiş Krallığın da gələcəkdə Avropa İttifaqına qayıda biləcəyini istisna etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada    


Bizi "telegram"da izləyin