Erməni nazir: “Rusiyadan gələn Ermənistan vətəndaşlarının ehtiyat toplanışlarına çağırılması istisna deyil”

2026/05/1779378177.jpg
Oxunub: 215     17:01     04 İyun 2026    
“Rusiyadan və digər ölkələrdən Ermənistana gələn vətəndaşlara ehtiyatda olan hərbi qulluqçuların təlim toplanışlarına qatılmaları barədə bildiriş təqdim oluna bilər”.

Ordu.az xəbər verir ki, bunu iyunun 4-də jurnalistlərlə söhbətində Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

“Rusiyadan gələn hərbi mükəlləfiyyətli şəxslərin vətən qarşısında öhdəlikləri yoxdurmu? Təbii ki, bunu istisna edə bilmərəm”, - deyə o qeyd edib.

Papikyan aydınlaşdırıb ki, bu yanaşma yalnız Rusiyadan gələnlərə deyil, Fransadan, ABŞ-dən və digər ölkələrdən gələn Ermənistan vətəndaşlarına da aiddir.

“Mən demirəm ki, hamını toplanışlara göndərirlər”, - deyə Ermənistan müdafiə naziri əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin