Ordu.az xəbər verir ki, o, bu barədə ISNA agentliyinə müsahibəsində danışıb.
“Çin əldə olunan razılaşmaların icrasının təminatçısına çevrilə bilər”, - deyə agentlik onun sözlərini sitat gətirib.
Firuzabadi həmçinin bildirib ki, “Hörmüz boğazı İranın yeni strateji alətidir”.
Onun sözlərinə görə, “mövcud şərait bizdən Hörmüz boğazı üzərində suveren nəzarətin həyata keçirilməsini tələb edir”.
O əlavə edib ki, boğaz Tehran üçün təzyiq vasitələrindən biridir.
Bununla yanaşı, Firuzabadi qeyd edib ki, İran milli təhlükəsizliklə Hörmüz boğazında beynəlxalq gəmiçilik azadlığı arasında balans yaratmalıdır.
“İran və Oman Hörmüz boğazının hüquqi taleyini müəyyən edirlər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurası 2006-cı ildə İranın ali rəhbərinin nəzdində yaradılmış analitik mərkəz və yüksək məsləhətçi qurumdur. Şura xarici siyasət strategiyasının hazırlanması və İran rəhbərliyinə məsləhətlərin verilməsi ilə məşğul olur.
Sevinc Əliyeva
Ordu.az