"Tehran" sözünə uyğun 391 nəticə tapıldı!

ABŞ Səudiyyədəki hücumdan sonra İrana zərbə endirməyi təklif edib

2019/07/senat-1564467150.jpg
Oxunub: 468     09:52     18 Sentyabr 2019    
ABŞ Prezidenti Donald Tramp administrasiyası, Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft emalı zavodlarına edilən hücuma cavab olaraq İranın neft obyektlərinə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) obyektlərinə kiberhücum etməyi, yaxud zərbə endirməyi nəzərdən keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir, ABŞ-ın hərbi məmurları sentyabrın 16-da milli təhlükəsizlik mövzusunda keçirilən görüşdə Trampa İrandan qisas almaq üçün müxtəlif variantlar təklif ediblər.

Ancaq mənbələrə görə, ABŞ prezidenti ölkəni İranla hərbi qarşıdurmaya sürükləmək istəmədiyi üçün başqa təkliflər tələb edib.

Zərbəni neft obyektləri hücuma məruz qalan Səudiyyə Ərəbistanı özü endirə bilər, Vaşinqton isə müttəfiqinə kəşfiyyat işində kömək etməklə yanaşı, birbaşa olaraq döyüşlərdə iştirak etməyəcək.

Bundan əvvəl, Səudiyyənin neft obyektlərinə hücumu şərh edən Tramp, ABŞ-ın İranla müharibədən qaçmaq istədiklərini söyləyib.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun iki mədəninə Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücum edilib. Hücuma görə məsuliyyəti husilər öz üzərilərinə götürsələr də, ABŞ husilərin iştirakını şübhə altına alıb və baş verənlərə görə İran hakimiyyətini ittiham edib. Tehran isə bu iddiaları rədd edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Səudiyyə