Tehran ABŞ ilə hazır saziş barədə məlumatları təkzib edib

2026/04/1777437793.jpg
Oxunub: 281     09:12     29 May 2026    
İran tərəfi Tehran və Vaşinqton arasında mümkün razılaşma mətninin hazır olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi danışıqlar prosesində iştirak edən anonim mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda tərəflər arasında nəzərdə tutulan “qarşılıqlı anlaşma memorandumu”nun mətni yekunlaşdırılmayıb və tam hazır vəziyyətdə deyil.

O bildirib ki, sənədin artıq hazır olduğu və yalnız rəsmi açıqlamanın gözlənildiyi barədə iddialar həqiqəti əks etdirmir.

Həmsöhbət vurğulayıb ki, İran vasitəçilərə, o cümlədən Pakistan tərəfinə mətn üzrə razılaşdırmanın başa çatdığı barədə heç bir təsdiq göndərməyib.

Mənbə əlavə edib ki, sənəd tam razılaşdırılarsa, Tehran bu barədə vasitəçilər və rəsmi kanallar vasitəsilə məlumat verəcək.

Onun sözlərinə görə, həmin vaxta qədər xarici KİV-də sazişin yekun formaya salınması barədə yayılan bütün məlumatlar etibarlı hesab edilə bilməz.

Beləliklə, İran tərəfi danışıqlar prosesinin başa çatdığı ilə bağlı məlumatları rədd edərək mətn üzərində işlərin davam etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   ABŞ   İran  


Bizi "telegram"da izləyin