AQEM Azərbaycanın təşkilatın sədri kimi fəal rolunu yüksək qiymətləndirib

2026/05/1779952344.jpg
Oxunub: 343     11:02     28 May 2026    
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) katibliyi Azərbaycanın təşkilatın sədri kimi fəal rolunu qeyd edib.

Ordu.az xəbər verir ki, bu barədə AQEM-in "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Katiblik Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib və ölkə xalqına sülh, firavanlıq və rifah arzulayıb.

"Biz Azərbaycanın AQEM-in sədri kimi fəal və perspektivli rolunu yüksək qiymətləndiririk. Azərbaycanın sədrliyi altında institutional inkişaf və Bakıda keçiriləcək AQEM sammitinə hazırlıq istiqamətində fəal səylər davam edir, bu da regionda etimadın, tərəfdaşlığın və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AQEM   Azərbaycan  


Bizi "telegram"da izləyin