Paşinyan Trampa təşəkkür edib

2026/05/1779947019.jpg
Oxunub: 364     09:36     28 May 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın yüksək dəyərləndirməsi və dostyana sözlərinə görə təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Donald Tramp öz paylaşımında Nikol Paşinyanı “böyük dostum və lider” adlandıraraq onun ölkəsini güclü, çiçəklənən və təhlükəsiz hala gətirdiyini bildirib.

Tramp həmçinin yazıb ki, Paşinyan onun Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və rifah vizyonunu tam şəkildə bölüşür.

ABŞ dövlət katibi Marko Rubio son günlər Ermənistana səfər edib və iki ölkə üçün bir sıra mühüm sazişlərin irəlilədiyini vurğulayıb.

Trampın sözlərinə görə, ABŞ və Ermənistan tezliklə “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) ilə birlikdə beynəlxalq sülh və rifaha doğru irəliləməyə başlayacaq. O, bunun Cənubi Qafqazı dəyişdirəcəyini və böyük Amerika enerji şirkətlərinə Mərkəzi Asiyadan ABŞ-yə çıxış imkanı yaradacağını qeyd edib.

Tramp həm də Paşinyana 2026-cı il iyunun 7-də yenidən seçilmək üçün tam və qeyd-şərtsiz dəstəyini ifadə edib. O, Paşinyanın köməyi ilə ABŞ, Ermənistan, Cənubi Qafqaz və Mərkəzi Asiyanın görünməmiş yüksəlişə çatacağını bildirib.

Tramp paylaşımını “Ermənistanı yenidən böyük edək - MAGA” sözləri ilə yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tramp  


Bizi "telegram"da izləyin