"Tramp" sözünə uyğun 1089 nəticə tapıldı!

Fransa hərbi peyklərə 3,6 milyon avro xərcləyəcək

2018/09/41430086_330938107471249_5327864590900396032_n_1536585901.jpg
Oxunub: 255     00:12     11 Sentyabr 2018    
Fransa hərbi peyklərinin yenilənməsi və təkmilləşdirilməsi üçün 3, 6 milyard avro (4,2 milyard dollar) xərcləməyi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Müdafiə naziri Florens Parli danışıb.

Onun sözlərinə görə, Fransa öz hərbi peyklərinə kimin yaxınlaşdığını müəyyən edə bilmək üçün peyklərinə nəzarət kameraları quraşdıracaq.

Fransanın bu investisiyası ABŞ prezidenti Donald Trampın yeni Kosmik Qüvvələr yaratma planını elan etməsindən sonraya təsadüf edir. ABŞ bu qüvvələri 2020-ci ildə yaratmağı planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az


Teqlər: Fransa   Hərbi-Peyk