ABŞ təyyarəsindən atılan “sonobuoy” Çinin əlinə keçdi

2024/06/P-8A--1719650559.jpg
Oxunub: 416     16:41     29 İyun 2024    
ABŞ-nin P-8A “Poseidon” Dəniz Patrul Təyyarəsi tərəfindən sualtı qayıqların aşkarlanması üçün Cənubi Çin dənizinə buraxılan “sonobuoy” Çinin əlinə keçib.

Ordu.az xəbər verir ki, Cənubi Çin dənizində Çin və ABŞ arasında hərbi rəqabət davam edir.

Son olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Boeing P-8A Poseidon” Dəniz Patrul Təyyarəsi tərəfindən Cənubi Çin dənizinə atılan “sonobuoy”lar Çin Sahil Mühafizəsi bölmələri tərəfindən ələ keçirilib.

Ümumiyyətlə, çoxlu miqdarda buraxılan və müəyyən dəniz bölgəsində sualtı qayıq fəaliyyətini aşkar edən akustik sistem olan “sonobuoy”ların Çinin əlinə keçməsi tərsinə mühəndislik baxımından əhəmiyyətli risklər yaradır.

Çin müdafiə sənayesi sektoru ABŞ məhsullarının ekvivalentlərini tərsinə mühəndisliklə hazırlaması ilə tanınır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Çin  


Bizi "telegram"da izləyin