Erməni ekspert: “ABŞ-nin rolu ilə Zəngəzur dəhlizinin açılması son dərəcə vacibdir”

2024/06/1719649918.jpg
Oxunub: 268     15:00     29 İyun 2024    
“İlk növbədə qeyd edək ki, Ermənistan-Azərbaycan münasibətlərində qapalı, lakin aktiv proseslərin getdiyi göz qabağındadır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.

Onun sözlərinə görə, sülh sazişinin yekun görünüşə gətirilməsində Qərb aktorlarının, xüsusən də ABŞ-nin iştirakı faktiki olaraq aktiv fazaya daxil olub.

“Bütün bunların kontekstində ABŞ rəsmilərinin artıq tez-tez baş verən regional səfərləri və telefon danışıqları təsadüfi deyil. Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı tələsikliyi və onun sənədləşdirilməsi şəraiti bir neçə məqamla izah oluna bilər”, - deyə Xaçatryan qeyd edib.

Xaçatryan bildirib ki, ABŞ-nin rolu ilə Zəngəzur dəhlizinin açılması son dərəcə vacibdir, çünki İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsi səbəbindən Ermənistan vasitəsilə Avropa və Qərbə gedən kommunikasiyalara nəzarətin yaradılması məsələsi prioritet məsələyə çevrilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin