Rusiyalı politoloq: “İsrail Azərbaycanın ən mühüm hərbi və siyasi tərəfdaşıdır”

2023/04/SDFSD-1682490618.jpg
Oxunub: 540     12:41     29 İyun 2024    
“Fələstinin beynəlxalq qanuniləşdirilməsi dünya siyasi gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib”.

Ordu.az xəbər verir ki, bunu sosial şəbəkələrdə rusiyalı politoloq Sergey Markedonov yazıb.

Markedonov qeyd edib ki, Fələstin dövləti layihəsini tanımağa hazır olan ölkələr siyahısına ABŞ-nin müttəfiqləri, Avropa İttifaqı və NATO-ya üzv ölkələr də qoşulub.

“Qafqaz kontekstində Ermənistanın Fələstinin müstəqilliyini tanıması mühüm hadisə idi. Rəsmi İrəvan müvafiq addımı 2024-cü il iyunun 21-də atıb. Ölkənin Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb. Beləliklə, müvafiq addım atılıb. Qafqaz geosiyasəti kontekstində bu addım nə dərəcədə vacibdir? Bu, Ermənistana çoxvektorlu münasibətlər qurmaq cəhdində kömək edəcəkmi? Qafqaz dinamikasını müşahidə edən bir çox şərhçilər Yaxın Şərqin Cənubi Qafqazda artan təsirini qeyd edirlər. İsrail Azərbaycanın ən mühüm hərbi və siyasi tərəfdaşıdır. İkinci və üçüncü Qarabağ müharibələri zamanı (2020 və 2023) Bakı İsrailin silah sistemlərindən (“Lora” raketləri, həmçinin “Israel Aerospace Industries” (IAI) və “Uvision” şirkətlərinin istehsal etdiyi sistemlər) geniş istifadə edib. Ermənistan-İran əməkdaşlığı həmişə İsrail üçün qıcıqlandırıcı faktor olub”, - deyə o bildirib.

Markedonov əlavə edib ki, Azərbaycan Fələstini Ermənistandan xeyli əvvəl tanıyıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Fələstin   Ermənistan  


Bizi "telegram"da izləyin