Paşinyan hakimiyyəti 2026-cı il seçkilərinə hazırlaşır, yayda təbliğat maşınını işə salacaqlar

2024/06/timth-1719646160.jpg
Oxunub: 188     12:28     29 İyun 2024    
Ermənistan hakimiyyəti 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinə necə hazırlaşmağı qızğın şəkildə müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan artıq komanda yoldaşlarına, xüsusən də partiyanın idarə heyətinin üzvlərinə müxalifətin seçkilərə hazırlaşdığını, bunun çox qaynar və gözlənilməz ola biləcəyini başa salıb.

“Mənbələrimizin bildirdiyinə görə, partiyada düşünürlər ki, küçə mübarizəsi bitib, müxalifət artıq küçələrə çıxmayacaq və onlar 2026-cı il seçkilərində yenidən seçilmək üçün hər cür səy göstərməlidirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin