Erməni siyasilər Paşinyandan danışarkən niyə işarə dilinə keçirlər?

2024/06/1719645920.jpg
Oxunub: 337     14:46     29 İyun 2024    
Son vaxtlar Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri Nikol Paşinyanın adını çəkməyə qorxur, daxili müzakirələr, söhbətlər zamanı onun adını çəkmək lazım gələndə, işarə dilinə keçir və əlləri ilə saqqal nümayiş etdirərək, Paşinyandan danışdıqlarını açıq-aydın göstərirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Partiya üzvü nəşrə açıqlamasında deyib ki, Paşinyanla olan təmaslarından və onun məlumatlılığından partiya üzvlərini 24 saatlıq rejimdə gizli dinlədiklərini başa düşüblər.

“Paşinyan onlardan haqq-hesab tələb etməsə də, birbaşa deməsə də, onun eyhamlarından, hətta onların dedikləri ifadələri sözbəsöz sitat gətirməsindən məlum olur ki, Paşinyan hamını izləyir və ona tabe olan strukturlar dinləyir, ona hesabat verir, bəlkə də, həm də yazılı arayışlar təqdim edirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin