Qara dəniz üzərində PUA gərginliyi artır: Rusiya PUA uçuşlarının qarşısını almağı tapşırıb

2024/06/2024--1719643596.jpg
Oxunub: 340     16:54     29 İyun 2024    
Rusiyanın yeni təyin olunmuş müdafiə naziri Andrey Belousov Rusiya Baş Qərargahına ABŞ-nin kəşfiyyat Pilotsuz Uçuş Aparatlarının (PUA) uçuşlarına dərhal cavab tədbirləri ilə bağlı tövsiyələr verməyi tapşırıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə verdiyi dəqiq silahların Rusiya hədəflərini vurması üçün hədəf məlumatı və kəşfiyyatı təmin edən ABŞ-nin strateji PUA-larının Qara dəniz üzərində uçuşlarının intensivliyi artır.

Rusiya Müdafiə Nazirliyi PUA uçuşlarının təxribat xarakteri daşıdığını bildirir.

Nazirlik iddia edir ki, bu, ABŞ və NATO ölkələrinin Ukraynadakı münaqişədə Kiyev tərəfində artan iştirakını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin