Serbiyaya Çin istehsalı HQ-17 HHM sistemi: İlk dəfə görüntüləndi

2024/07/hq-17-1719819730.jpg
Oxunub: 442     20:43     01 İyul 2024    
Serbiya müdafiə sənayesi tədarükündə Çinə diqqətini davam etdirir.

Ordu.az xəbər verir ki, 2019-cu ildən müdafiə sənayesi sahəsində əməkdaşlığı intensivləşdirən iki ölkə arasında son razılaşma HQ-17AE quru əsaslı Hava Hücumundan Müdafiə (HHM) raket sisteminin tədarükü olub.

Ukrayna-Rusiya müharibəsindən yaranan diplomatik mühitə görə “Pantsir” HHM Raket Sistemini Rusiyadan təmin edə bilməyən Serbiya Çin istehsalı olan HQ-17AE HHM Raket Sisteminə üz tutub.

Serbiya ordusunun inventarındakı HQ-17AE-nin fotosunu jurnalist Peter Voinoviç paylaşıb.

HQ-17AE mobil HHM raket sistemi aşağı və orta hündürlükdə hava hədəflərini vuracaq şəkildə inkişaf etdirilib.

“China Aerospace Science and Industry Corporation” (CASIC) tərəfindən inkişaf etdirilən sistem qanadlı raketlər, idarə olunan bombalar və “hava-yer” raketləri, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatları kimi hədəflərə qarşı istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Çin  


Bizi "telegram"da izləyin