“Göktürk-Y”nin 2027-ci ildə orbitə buraxılması planlaşdırılır

2024/06/2024--1719643388.jpg
Oxunub: 265     16:18     29 İyun 2024    
Türkiyə Araşdırmaları Vəqfi (TAV) tərəfindən təşkil edilən Müdafiə Sənayesi və Təhlükəsizlik Məktəbində Peyk Texnologiyaları və Türkiyə dərsini tədris edən Lokman Kuzu Türkiyə kosmos sənayesinin uzun müddətdir gözlənilən layihələri ilə bağlı açıqlamalar verib.

Ordu.az xəbər verir ki, inkişafların birincisi ilk müqaviləsi 2013-cü ildə imzalanan “Göktürk-3” peykinə və 2024-cü ildə imzalanan 250 milyon dollarlıq müqaviləyə aiddir.

2016-cı ildə ASELSAN tərəfindən SAR faydalı yükünün dizaynı ilə tamamlanan PDR mərhələsindən sonra layihənin taleyi ilə bağlı ictimaiyyətlə paylaşılan hər hansı bir inkişaf olmayıb.

2024-cü ildən etibarən TUSAŞ-nin əsas podratçı olduğu “Göktürk-3” layihəsində ASELSAN SAR yükü üçün, TÜBİTAK UZAY isə digər alt sistemlər üçün işləyəcək.

“Göktürk-1” peykinin missiya ömrünü tamamladıqdan sonra orbitdə yerini alacaq peyk kimi dizayn edilən “Göktürk-Y” peyki uzun müddətdir planlaşdırılan və orbitə buraxılması gözlənilən bir layihə idi.

Kuzunun açıqlamalarına görə, “Göktürk-Y” peykinin istilik struktur qabiliyyət modelinin 2024-cü ildə istehsalı planlaşdırılır. Layihənin Kritik Dizayn Fazasının 2025-ci ildə planlaşdırılması hədəflənir.

LEO orbitində fəaliyyət göstərəcək “Göktürk-Y”nin 0,5 ayıretmə dəyərindəki kamerası ilə 2027-ci ildə orbitə buraxılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göktürk-Y   Türkiyə  


Bizi "telegram"da izləyin