İsrail İrana çata biləcək raketi sınaqdan keçirib

2024/06/2024--1719643016.jpg
Oxunub: 364     14:39     29 İyun 2024    
Rusiyalı hərbi bloger İsrailin “Palmachim” bazasından atdığı ballistik raketin Aralıq dənizində Siciliyanın cənubundakı hədəfi vurduğunu iddia edib.

Ordu.az xəbər verir ki, “Rybar” kimi tanınan rusiyalı hərbi bloger İsrailin 1700 kilometrdən (1056 mil) uzaq mənzilə malik ballistik raketi sınaqdan keçirdiyini bildirib.

Xəbərlərində əsasən Ukraynadakı müharibəyə fokuslanan blogerin sözlərinə görə, İsrail raketi “Palmachim” bazasından Aralıq dənizi istiqamətində atıb və İtaliya sahillərinin cənubundakı dəniz hədəfini vurub.

Bloger iddia edib ki, raketin mənzili İran ərazisinin böyük hissəsini əhatə edəcək qədər yetərlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Palmachim  


Bizi "telegram"da izləyin