Yunanıstan parlamentinin Silahlanma komissiyası 20 ədəd F-35-in alınmasını təsdiqləyib

2024/06/2024--1719642944.jpg
Oxunub: 215     14:11     29 İyun 2024    
Yunanıstanda parlamentin Silahlanma komissiyası 20 ədəd F-35 satın alma və “Constellation” tipli freqat inşası proqramında iştirakın qiymətləndirilməsi təklifini qəbul edib.

Ordu.az xəbər verir ki, müdafiə naziri Nikos Dendias 20 ədəd F-35-in alınması və “Constellation” tipli freqatların inşası üzrə proqramda iştirakın qiymətləndirilməsi ilə bağlı parlamentin Silahlanma komissiyasına təkliflər təqdim edib.

Dendias F-35 hərbi təyyarələrinin ölkənin çəkindirmə gücünü artıracağını iddia edib.

Dendias Yunanıstanda “Constellation” tipli freqatın inşası proqramına qatılmaq qərarı alınarsa, bu freqatın Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün əhəmiyyətli bir güc olacağını iddia edib.

Dendiasın F-35 və “Constellation” tipli freqatlarla bağlı təklifi komissiyada səs çoxluğu ilə qəbul edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Silahlanma  


Bizi "telegram"da izləyin