Ordu.az xəbər verir ki, Birləşmiş Ştatlar Çinə özünün ən böyük strateji rəqibi kimi baxarkən və Ukraynadakı müharibədən dərs çıxararkən, ötən il “Lockheed Martin”in GMLRS sursatlarının Avstraliyada istehsal edilməsi qərarında olduğu kimi, Hind-Sakit Okean regionu ölkələri ilə ikitərəfli hərbi birgə istehsal müqavilələri bağlamağa çalışır.
Cənubi Koreya Müdafiə Tədarük Proqramı İdarəsinin (DAPA) rəhbəri Seok Yonq-qun və ABŞ ordusunun tədarük direktoru Duq Buşa görə, iki uzunmüddətli müttəfiqin birlikdə iş görüləcək layihələr tapa bilməməsi üçün heç bir səbəb yoxdur.
Buş bildirib ki, ABŞ ordusunun nöqteyi-nəzərindən Cənubi Koreyada helikopterlər, quru döyüş platformaları, artilleriya və piyada sistemləri kimi adi silahların birgə istehsalı və ya saxlanması çox məntiqli ola bilər.
O, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən tədbirdə qeyd edib ki, bu, həqiqətən də “qazan-qazan” prinsipidir.
Sevinc Əliyeva
Ordu.az