Beynəlxalq Müdafiə Sənayesi Sərgisi 2025-ci il iyulun 22-27-də İstanbul Sərgi Mərkəzində keçiriləcək

2024/06/2024--1719642246.jpg
Oxunub: 233     11:29     29 İyun 2024    
Dünyanın qabaqcıl müdafiə sənayesi tədbirlərindən biri olan, İstanbulun ev sahibliyi etdiyi Beynəlxalq Müdafiə Sənayesi Sərgisi yeni konsepsiyası ilə ziyarətçilərini qəbul edəcək.

Ordu.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin (TSKGV) baş direktoru Bilal Topçu Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (IDEF) yeni loqosu, yeri və konsepsiyası ilə 2025-ci il iyulun 22-27-də İstanbul Sərgi Mərkəzində keçiriləcəyini deyib.

TSKGV-nin millətə məxsus bir vəqf olduğunu ifadə edən Topçu Türkiyənin texnologiya səyahətinə qatqı təmin edən bir çox məhsulun vəqf daxilindəki şirkətlər tərəfindən vətəndaşların dəstəyi ilə həyata keçirildiyini ifadə edib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri ilə başlayan 5 vəqf var.

“Bizim vəqfimiz digər 4 fonddan fərqli olaraq sosial yardım və həmrəylikdən bir qədər kənardadır. Biz ASELSAN, TUSAŞ və ROKETSAN kimi 6 vəqfin öz şirkətləri, törəmə şirkətləri və xaricdəki şirkətləri ilə 70 şirkəti idarə edən böyük bir portfel meneceri vəqfiyik”, - deyə Topçu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstanbul-Sərgi-Mərkəzi   Türkiyə   TSKGV  


Bizi "telegram"da izləyin