Rumıniya ABŞ-dən “Black Hawk” helikopterləri almaq üçün razılıq əldə edib

2024/06/2024--1719642001.jpg
Oxunub: 171     10:32     29 İyun 2024    
Rumıniya ABŞ-dən S-70M “Black Hawk” ümumi məqsədli helikopterini almağa razılaşdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Rumıniyanın alacağı yeni helikopterlər ölkənin dəniz və quru qüvvələri tərəfindən axtarış-xilasetmə və nəqliyyat fəaliyyətləri üçün istifadə olunacaq və hazırda ordunun ixtiyarında olan digər 7 ədəd S-70M-ə qoşulacaq.

Uzun mənzilli və yüksək hündürlükdəki missiyalar üçün uyğunluğu ilə seçilən “Black Hawk” çətin şəraitdə saatda 282 kilometr sürətə çata bilir.

Helikopter 11 hərbi qulluqçu daşıya və eyni zamanda 4100 kiloqrama qədər olan yükləri də daşıya bilir. Helikopter, həmçinin iki 7,62 mm-lik pulemyot, “minigun” və ya 12,7 mm-lik Qatlinq pulemyotu ilə təchiz olunub.

Digər “Black Hawk” operatorları arasında Avstraliya, Filippin və ABŞ yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   ABŞ   Black-Hawk  


Bizi "telegram"da izləyin