Lukaşenko hökumətdə ciddi kadr dəyişiklikləri edib

2024/02/5ddc8-1708851446.jpg
Oxunub: 179     16:04     27 İyun 2024    
Belarus Prezidenti Aleksandr Lukaşenko Yuri Şuleykonu baş nazirin aqrosənaye kompleksi məsələləri üzrə müavini təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə Belarus KİV-i BELTA-ya istinadən məlumat yayıb.

Y.Şuleyko indiyədək 2021-ci ildə təyin olunduğu Brest vilayəti İcraiyyə Komitəsinin sədri vəzifəsini tutub.

Bundan əlavə, A.Lukaşenko Dmitri Krutoyu Prezident Administrasiyasının rəhbəri, Natalya Petkeviçi isə rəhbərin birinci müavini təyin edib.

Belarus Prezidenti, həmçinin Aleksandr Efimovu sənaye naziri, Maksim Rıjenkovu isə xarici işlər naziri təyin edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin