İbrahim Kalın “HƏMAS”ın rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

2022/10/30498-1666087903.jpg
Oxunub: 266     06:13     30 İyun 2024    
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın Fələstinin radikal “HƏMAS” hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyə ilə girov mübadiləsi məsələlərini və Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

İ. Kalın və Haniyə həmçinin münaqişə zonasında atəşkəslə bağlı danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və döyüş əməliyyatlarının tam dayandırılmasını təmin etmək üçün hansı addımların atılması lazım olduğuna dair fikir mübadiləsi aparıblar.

Tərəflər əsirlərin mübadiləsi, Qəzza zolağına humanitar yardımın çatdırılması problemini diqqət mərkəzində saxlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İbrahim-Kalın   HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin